Gənc Fotoqraflar üçün yay düşərgəsi


“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı həvəskar fotoqrafları və ekologiyaya marağı olanları 2-5 iyul tarixlərində Şəki şəhərində açıq hava şəraitində keçiriləcək düşərgəyə dəvət edir. 

Əgər siz düzgün foto çəkiliş qaydaları, foto jurnalistika, ekologiya, ekoloji çirklənmə, ictimai vəkillik haqqında maraqlı məlumatlar öyrənmək və öyrəndiklərinizi tətbiq etmək istəyirsinizsə onda göstərilən linkə daxil olaraq ərizə formasını doldurun və layihədə iştirak hüququ qazanacaq 20 gəncdən biri olun: http://csyo-az.org/tentcamp/ 

İştirakçılar aşağıdakı meyarlara əsasən seçiləcək: 
• Gənc olmalı;
• Layihədə iştirak üçün yüksək motivasiyası olmalı;
• Öz şəxsi fotoaparatı olmalı;
• Açıq hava şəraitində çadırda qala bilmək üçün yataq çantası olmalı; 
• Həvəskar fotoqraf və ətraf mühitin mühafizəsində maraqlı olmalı;
• Layihənin növbəti mərhələlərində iştirak etmək imkanı və istəyi olmalı.

Son qeydiyyat tarixi: 25.06.2013-ci il, saat 18.00

Qeyd edək ki, "Ekologiyamızı fotolarda görək və göstərək" layihəsi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir. 

Əlaqə məlumatları: 

"Sağlam Düşüncə" GT | www.facebook.com/sdgt.csyo 
M: 055 584 36 92
E: info@csyo-az.org