"Hüquqşünasın Peşə Vərdişləri" bələdçi təlimləri çərçivəsində ilk yay məktəbi


“Davamlı Bilik Mərkəzi” “Hüquqşünasın peşə vərdişləri”-bələdçi təlimləri çərçivəsində ilk yay məktəbinə qəbulu elan edir.
3 blokdan ibarət olacaq dərslərdə iştirakçılar ayrı-ayrılıqda hər bloka və ya bütün yay məktəbinə yazıla bilərlər;
Blok 1. Hüquqi yazı və Hüquqi təhlil 
İyul, 6, 7, 13
Bilik və vərdişlər:
1. hüquqi yazı texnikası və qaydaları;
2. hüquq normasının təfsiri;
3. hüquqi araşdırmalar üzrə əsas strategiyalar;
4. Keyslərin “holding”, “dicta” və “case briefing” üsulu ilə təhlili və analizi;
5. hüquqi memorandum və məktubların forma və məzmunu;
6. hüquqi sənədlərin quruluşu və terminlərdən istifadə imkanları;

Blok 2. Hüquqşünasın praktik məhkəmə vərdişləri;
İyul 14, 20. 21
Bilik və vərdişlər:
1. müştəri ilə müsahibə və məsləhət vermənin zəruri şərtləri və mərhələlərini öyrənməklə;
2. mülki işin təhlili və iş üzrə mövqeyin hazırlanması; 
3. iddia ərizəsi, ərizələr, şikayət, etiraz, vəsatət kimi sənədlərin hazırlanması metodikası;

Blok 3. Avropa İnsan Hüquqları Məhkəməsi

İyul 27 28

Bilik və vərdişlər:
1. AİHK və AİHM haqqında geniş informasiya verməklə yanaşı;
2. AİHM-nə müraciətin qaydası və zəruri şərtlərini;
3. AİHM fəaliyyəti və qərarları haqqında geniş məlumatları əhatə edəcəkdir.

Təlim praktik misallar və ev tapşırıqları üzərində qurulub. Təlim iştirakçısı olduğunuz blokun və ya blokların ən azı 80%-də iştirak etdiyiniz halda təlimi bitirdiyinizə dair sertifikatla təmin olunacaqsınız.

Təlimçi: 
Yeganə Vəliyeva - hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışır. 8 il Amerika Vəkillər Kollegiyası tərəfindən təşkil olunan “Canlı Hüquq” məktəbinin təlimçisi və Naxçıvan Dövlət Universiteti Sosial elmlər və Hüquq Kafedrasının müəllimi olub. Bu illər ərzində həmçinin Avropa İnsan Hüququları Məhkəməsi, ABA CEELİ, CRRC Gürcüstanın təşkil etdiyi təlimlərin iştirakçısı olmuşdur.
Təlimə qeydiyyat şərtləri:
Son qeydiyyat tarixi: 30 İyun, 2013
Qeydiyyat üçün “Davamlı Bilik Mərkəzi”-nin Facebook səhifəsi və 070 360 22 30 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 
Qiymət: 
Tam yay məktəbində iştirak (3 bloku əhatə edir)- 100 AZN
Ayrı-ayrılıqda hər blok üçün qeydiyyat - 40 AZN
Ödəniş qeydiyyat zamanı nəğd formada həyata keçirilir.

Təlimlər 10-15 nəfərlik quruplarda aparılacaq.