“Simurq” müsabiqə elan edir


“Simurq” öz loqosunda dəyişiklik etmək qərarına gəlib. Stadium.az xəbər verir ki, komanda bununla bağlı müsabiqə elan edib. Loqo hazırlamağı bacaran hər bir kəs 11 iyun 2013-cü ilə qədər öz əl işlərini  simurqpfk@gmail.com ünvanına göndərə bilər. Qalib seçilən şəxs klub tərəfindən pul mükafatı əldə edəcək.

 

 Qeyd edək ki, göndərilən loqolarda simurq quşunun eskizi, qala, o cümlədən Zaqatala, “Simurq” və klubun yaranma tarixinin qeyd edilməsi mütləqdir.