Xəzər İntellektual Gənclər Klubunda növbəti oyun keçiriləcək


İyun ayının 9-da, həftənin bazar günü Xəzər İntellektual Gənclər Klubunda 41-ci dövrənin sonuncu turu keçiriləcək. Oyunu Təşkilati-Mahsusa komandası aparacaq. Oyun saat 13-00-da başlanır. 

Həmin gün Məktəb liqasındada oyun keçiriləcək. Məktəb liqasında oyun 11:30-da başlayacaq. 

Oyunlara qatılmaq üçün sadəcə yarışın keçirildiyi məkana (Bakı Slavyan Universiteti. Giriş həyətdəndir) gəlmək kifayətdir.

 

istənilən şəxs öz komandasını toplayraq yarışlara qatıla bilər. Əgər sizin komandanız yoxdursa kluba gəlib, av-hava ilə tanış olub, komandalardan birinə qoşula bilərsiniz. Ancaq yaxşı olardı ki, öz komandanız ilə gələsiniz. Komanda maksimum 6 nəfərdən ibarət olur. Ancaq daha az heyətlə də iştirak edə bilərsiniz.