“ADA” Universiteti 2019-2020-ci tədris ili üçün magistraturaya sənəd qəbuluna başlayır


“ADA” Universiteti 2019-2020-ci tədris ili üçün magistraturaya sənəd qəbuluna başlayır.

 

 

“ADA” Universiteti oktyabrın 1-dən etibarən 2019-2020-ci tədris ili üçün magistr proqramlarına sənəd qəbuluna start verir. Sənədlərin qəbulu Azərbaycan vətəndaşları üçün aprelin 5-i, xarici vətəndaşlar üçün isə iyulun 1-dək davam edəcək.

 

Növbəti tədris ili üçün “ADA” Universiteti aşağıdakı proqramlar üzrə magistr təhsili təklif edir:

 

  • Diplomatiya və beynəlxalq münasibətlər
  • Dövlət idarəetməsi
  • Biznesin idarə edilməsi, MBA
  • Təhsil üzrə menecment

     

Bu ildən etibarən MBA ixtisası Niderlandın Maastrixt Menecement Məktəbi ilə birgə ikili diplom proqramıdır. Bu proqramda dərslər ADA və Maastrixt Menecment Məktəbinin professorları tərəfində keçirilir, tələbələr sonda hər iki universitetin diplomunu alırlar.

 

Maraqlananlar “ADA” Universitetinin veb səhifəsinə (ada.edu.az) daxil olaraq elektron ərizə formasını doldura, əlavə suallarla isə admissions@ada.edu.az ünvanına müraciət edə bilərlər. Namizədlərin suallarını ətraflı cavablandırmaq məqsədilə 12 oktyabrda “ADA” Universitetində məlumat sessiyası da keçiriləcəkdir. Sessiyada iştirak üçün e-mail və ya telefon vasitəsilə qeydiyyatdan keçmək zəruridir.