Banklar haqqında portalda vakansiyalar


Hal-hazırda bizim banklar haqqında portalımızda  bir neçə vakansiya mövcuddur. Vakansiyalar 2-3 ay ərzində könüllü iş prinsipi əsasında və həmçinin part-time iş olacaqdır. Bu müddət bitdikdən sonra isə qarşılıqlı razılaşma əsasında əmək haqqı təyin olunacaqdır. Əgər hər hansı bir vakansiya Sizi maraqlandırırsa xahiş edirəm mənə email vasitəsilə vakansiyanın adını qeyd etməklə və CV-nizi göndərməklə müraciət edin. Email ünvanı feridislamov@gmail.com

Vəzifələr

Analitik vəzifəsi - İşçinin əsas vəzifəsi gündəlil olaraq iki ədəd kiçik həcmli banklara və maliyəyə aid məqalələrin yazılmasından ibarət olacaqdır. Bu vəzifə üzrə iqtisadiyyat və ya maliyyə ixtisası üzrə təhsil alanlar və yə bitirmişlərin müraciəti daha məqsədəuyğundur. 

Müxbir vəzifəsi - İşçinin əsas vəzifəsi bankların nümayəndələri ilə görüşərək onlardan müsahibələrin alınması, müsahibə suallarının hazırlanması və yekun müsahibə mətnin hazırlanmasından ibarət olacaqdır. Bu vəzifə üzrə iqtisadiyyat və ya maliyyə və ya jurnalistika ixtisası üzrə təhsil alanlar və yə bitirmişlərin müraciəti daha məqsədəuyğundur. 

Marketing mütəxəssisi - İşçinin əsas vəzifəsi banklarnan əlaqələrin yaradılması, mütəmadi olaraq banklardan informasiyanın əldə olunması və banklar tərəfindən gələn sorğuların cavablandırılmasından ibarət olacaqdır.Bu vəzifə üzrəmarketinq, iqtisadiyyat və ya maliyyə ixtisası üzrə təhsil alanlar və yə bitirmişlərin müraciəti daha məqsədəuyğundur.